27 may 2022-ci il tarixində Akademik Zərifə Əiyeva adına Milli Oftalmologiya Mərkəzinin növbəti aksiyası

27 may 2022-ci il tarixində Akademik Zərifə Əiyeva adına Milli Oftalmologiya Mərkəzinin növbəti aksiyası

31.05.2022

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət” müəssisəsində keçirilib.
Aksiya çərçivəsində 50 nəfər müayinə olunub. Müayinə zamanı pasiyentlərdə refraksiya patologiyası, katarakta və s. aşkar edildi.
Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diqanostikasını aşkar etməkdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, dr. Məmmədova Lalə və dr. Əhmədova Gülmin tərəfindən həyata keçirildi.