Beynəlxalq Gözdən Əlillər Günü

Beynəlxalq Gözdən Əlillər Günü

23.11.2020

    Beynəlxalq Gözdən Əlillər Günü fransız pedaqoqu, ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. 
   Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən hazırda dünyada 1,3 milyarddan çox insan müxtəlif göz problemlərindən əziyyət çəkir. Onlardan 36 milyonu tamamilə görmür. Bununla belə vaxtında edilən müalicə 80 faiz hallarda görməni tamamilə itirmənin qarşısını ala bilər.Azərbaycanda 50 min nəfərə yaxın görmə məhdudiyyətli və görmə qabiliyyəti zəif olanlar var. Görmək hər kəsin haqqıdır!