Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsi

Şöbə müdiri: t.ü.f.d. Məhərrəmov P.M.

Buynuz qişa cərrahiyyəsi və transplantasiyası şöbəsinin əsas fəaliyyəti buynuz qişanın müxtəlif xəstəliklərinin dəqiq diaqnostikası və düzgün konservativ və cərrahi müalicəsinin aparılmasından ibarətdir. Buynuz qişa xəstəliklərində düzgün qoyulmuş diaqnoz və müalicənin erkən başlanması daha yaxşı nəticələrin alınması üçün çox əhəmiyyətlidir.

Şöbədə buynuz qişa xəstəliklərinin diaqnozunun qoyulması üçün beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlardan istifadə olunur. Eyni zamanda xəstələrdə buynuz qişanın boyanma sınaqları (Fluoressein, Benqal, Lissamin), Şirmer testi, yaş pərdəsinin qırılma müddəti (BUT) təyin olunaraq buynuz qişa xəstəliklərinin dəqiq və differensial diaqnostikası aparılır.

Buynuz qişanın distrofik və degenerativ xəstəlikləri, müxtəlif mənşəli xoraları, absesi, buynuz qişanın kimyəvi və termiki yanıqları şöbəmizdə fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər tərəfindən müalicə olunur. Həmçinin, buynuz qişanın və göz almasının müxtəlif mənşəli travmatik yaralanmaları şöbəmizin təcrübəli cərrahları tərəfindən yüksək peşakarlıqla cərrahi əməliyyat olunur.

Eyni zamanda şöbəmizdə yüksək ixtisaslı cərrahlar tərəfindən katarakta, qlaukoma, çəpgözlük və digər göz xəstəlikləri zamanı aşağıdakı cərrahi əməliyyatlar icra olunur:

1. Kataraktanın fakoemulsifikasiyası və İOLun implantasiyası;
2. Manual kiçik yarma katarakt cərrahiyyəsi və İOLun implantasiyası;
3. İOLun ikincili implantasiyası;
4. İOLun dəyişilməsi və repozisiyası;
5. Fakik və Torik linzaların implantasiyası;
6.Qlaukoma cərrahiyyəsi (Trabekulektomiya, Kanaloplastika, Əhməd valve implantasiyası).
7. Buynuz qişa epitelinin debridmenti;
8. Süni güzehli qişanın implantasiyası;
9. Buynuz qişanın biolojı örtüyü;
10.Pteriqiumun xaric olunması (autoqraft);
11.Dakriosistorinostomiya;
12.Çəpgözlüyün korreksiyası;
13.Göz almasının dəlib-keçən yaralanmasının birincili cərrahi işlənməsi
14.Enukleasiya, Evisserasiya,Ekzentrasiya;