Refraksiyanın patologiyası və oftalmoerqonomika bölməsi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində fəaliyyət  göstərən Refraksiyanın patologiyası və oftalmoerqonomika şöbəsi Respublikada yeganədir. Bu şöbə müxtəlif refraksiya anomaliyaları  və  çəpgözlüyün müalicəsi ilə  məşğul  olur. Şöbədə  təcrübəli həkimlər fəaliyyət göstərir. Refraksiyanın  anomaliyası ile  olan xəstələrə müayinə və müalicə xüsusi sxem uzrə aparılır:

• eynək təyin edilir;

• ambilopiyanı aradan qaldırılması üçün pleoptik müalicə müasir aparatlar vastəsi ilə tətbiq olunur.

Çəpliyin müalicəsi  aşağıdakı  sxem üzrə  aparılır: eynəyin təyini,  pleoptik,   ortoptik  müalicə.  Lazım gəldikdə isə çəplik cərrahiyyə  yolu ilə  aradan qaldırılır. Şöbədə çəpgözlüyün  bütün növlərini ( uşağlarda  5  yaşına qədər olan infantil çəpgözlüy daxil olmaqla ) uğurla cərrahi  korreksiya etməklə bərabər,  bu mövzuda olan  elmi-tədqiqat  işləri  davam etdirilir. Həkimlərimiz periodik olaraq  beynəlxalq oftamoloji konfranslarda  iştirak edirlər (İstanbul, Moskva , Milan, Barselona, Tokio və.s). Xəstələrə yüksək səviyyədə   xidmət göstərmək məqsədi ilə növbəni tenzimleyen “Qumatik” sistemi tədbiq edilib.  Uşağlar üçün əyləncə otağı təşkil olunub və muxtəlif cizgi filimləri nümayiş etdirilir.