Təxirəsalınmaz oftalmoloji yardım şöbəsi

Azərbaycanda yeganə olan gozün zədəsi, plastik və rekonstruktiv cərrahiyyəsi şöbəsi akademik Zərifə Əlieva adına Milli Oftalmologiya Mərkəzinin, nəzdində 1964 ildə yaradılaraq, fəaliyyət göstərir.

Göz zədələrinin nozoloji vahidlərinə aiddir: orbita, göz qapaqları və yaş aparatının zədələnmələri, göz almasının dəlib-keçən və dəlib-keçməyən yaralanmaları, orbita və gözün yad cismləri, göz almasının kontuziyası, travmatik katarakta, gözün posttravmatik iltihabi xəstəlikləri, gözün yanıqları, ikicili qlaukoma, buynuz qişanın posttravmatik  muxtəlif mənşəli keratit və xoraları.

Göz yaralanmaları olan xəstələrdə muayinələrdən (rentgen, ultrasəs, kompüter tomoqrafiyası və sairə ) sonra təçili olaraq yaralanmanın tam həçmdə birinçili mikroçərrahi işlənməsi əməliyyatı aparılır, bu da travmanın fəsadlarının azalmasına imkan yaradır.

Görmə orqanının zədələnmələri zamanı oftalmotravmatoloq, anestezioloq, rentgenoloq, anesteziya və cərrahi tibb bacılarından ibarət olan növbətçi briqadalar  24 saat ərzind’ fəaliyyət göstərir.

Şöbədə müxtəlif göz zədələnmələrinin erkən və uzaq fəsadlarının cərrahi və konservativ mualicəsi təmin olunur.

Gözun zədələnmələrinin fəsadı olan travmatik kataraktalar iki növ cərrahi usulun və zədələnmiş toxumalarda rekonstruksiya elemtntlərinin  tətbiqi ilə aradan göturulur:

- suni büllurun implantasiyası ilə travmatik kataraktanın ekstrarapsulyar ekstraksiyası;
- süni büllurun implantasiyası ilə travmatik kataraktanın fakoemulsifikasiyası.

Bununla da zədələnmiş gözün funksional və kosmetik bərpası tamamlanır.

Göz almasının subatrofiyası zamanı kosmetik bərpani təmin etmək uçun müxtəlif orbital implantların implantasiyası ilə tam həçmli reabilitasiya tədbirləri aparılır.

Ağır fəsadlardan biri də göz qapaqlarının travmatik ptozu, çapıqlaşması və deformasiyalarıdır.  Bu fəsadlar göz qapaqlarının ağır yaralanmaları və kimyəvi yaniqları nətiçəsində əmələ gəlir. Plasnik və rekonstruv əməliyyatlar vasitəsi ilə fəsadlar aradan götürülür və göz qapaqlarının kosmetik və funksional bərpası təmin olunur.

Şöbənin əməkdaşları butun əməliyyatlrı yeni texnologiyaların tətbiqi, və müasir cihaz  (ZEISS OPMI LUMERA; ALCON INFINITY; ALCON LEQASI) və alətlərin istifadəsi ilə yerinə yetirirlər.