17 oktyabr 2025-ci il tarixlərində Ağdərə rayonunun Şuqovuşan kəndində tibbi aksiya həyata keçirildi

17 oktyabr 2025-ci il tarixlərində Ağdərə rayonunun Şuqovuşan kəndində tibbi aksiya həyata keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası 17 oktyabr 2025-ci il tarixlərində Ağdərə rayonunun Şuqovuşan kəndində tibbi aksiya həyata keçirildi.

Aksiya çərçivəsində 107 nəfər vətəndaş oftalmoloji müayinədən keçib. Müayinələr zamanı presbiopiya, miopiya, allergik konyunktivit və digər göz xəstəlikləri aşkarlanıb və müvafiq tövsiyələr verilib.

Aksiyanın məqsədi ucqar yaşayış məntəqələrində yaşayan sakinlərin oftalmoloji müayinədən keçməsinə şərait yaratmaq, görmə problemlərini vaxtında aşkarlamaq və sağlam görmənin vacibliyi barədə məlumatlılığı artırmaqdır.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının həkimi dr. Elçin Əsqərov və tibb bacıları Nigar Qasımova ilə Gülşən Hüseynova tərəfindən aparılıb. Aksiyada Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov və sürücü Vasif Nəsirov da iştirak ediblər.