
Dəmiryol Səyyar Klinikası 7-8 may 2025-ci il tarixlərində Astara rayonunda tibbi aksiya təşkil edib
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası 7-8 may 2025-ci il tarixlərində Astara rayonunda tibbi aksiya təşkil edib. Aksiyanın əsas məqsədi əhalinin göz sağlamlığı ilə bağlı problemlərin vaxtında aşkarlanması və profilaktik tədbirlərin görülməsinə dəstək göstərmək olub.
İki gün ərzində keçirilən aksiya zamanı 72 nəfər müayinə olunub. Pasiyentlərin vəziyyəti ilə bağlı ilkin diaqnozlar müəyyənləşdirilib və ehtiyac olduğu hallarda əlavə müalicə tövsiyə edilib. Eyni zamanda, müayinələr əsasında göz xəstəlikləri üzrə monitorinqlər aparılıb və nəticələr peşəkar heyət tərəfindən təhlil olunub.
Müayinələrə Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri – dr. İbadov Samir, dr. Əzizi Hikmət, dr. Güllərov Orxan və dr. Məmmədov Şamxal cəlb olunub.
Tibbi aksiyanın təşkilində Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural və digər texniki heyət fəal iştirak ediblər.