FEMTOSANIYƏ LAZER – VİSUMAX 800

FEMTOSANIYƏ LAZER – VİSUMAX 800

Azərbaycanda yalnız akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində olan
FEMTOSANIYƏ LAZER – VİSUMAX 800
 
“SMILE” prosedurunun həyata keçirilməsində istifadə olunan bu lazer, dəqiqlik və sürəti ilə fərqlənir. VISUMAX 800 “SMILE Pro” texnologiyasının əsasını təşkil edir. Bu cihaz, lazer korreksiyasının sürətini və dəqiqliyini artıraraq, əməliyyat müddətini azaldır.
VISUMAX 800 Femtosaniyə Lazerində 6 modul mövcuddur:
➢ “SMILE Pro” - klassik “SMILE”-in evolusiyası;
➢ “LASIK” üçün klapanın (Flapın) cəmi 4 saniyəyə formalaşması;
➢ Keratokonusun müalicəsi üçün intrastromal tunellərin yaradılması;
➢ Keratoplastika;
➢ Keratotomik intrastromal kəsiklər;
➢ Hipermetropiyanın korreksiyası
VISUMAX 800 əməliyyatı cəmi 8 saniyə ərzində tamamlayaraq, əvvəlki modelindən üç dəfə daha sürətli olması, lazer enerjisinin optimallaşdırılması və vakuuma məruz qalma müddətinin azalması kimi texniki üstünlükləri təqdim edir. Cihaz (-)0,01-dən (-)10,0 D qədər miopiya və (-)5,0 D qədər astiqmatizmi korreksiya edir. Bundan əlavə, VISUMAX 800 modelində təkmilləşdirilmiş ergonomika xüsusiyyətləri də mövcuddur. Pasiyentlərin çox qorxduğu gözlənilməz dayanma ehtimalı, demək olar ki, sıfıra enib. Cihazda inteqrasiya olunmuş mikroskop və geri çəkilə bilən yarıq lampa əməliyyat zamanı həkimin nəzarətini asanlaşdırır və pasiyentlərin narahatlığını azaldır. VISUMAX 800-ün ən mühüm nailiyyətlərindən biri də hipermetropiyanın endoskopik korreksiyasıdır. Bu inqilabi texnologiya artıq Avropada qeydiyyatdan keçmiş və 2024-cü ilin sentyabr ayında Barselonada keçirilən “ESCRS”-ın 42-ci Konqresində təqdim edilmişdir. Bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində də bu cihazın istifadəsi ilə 100% femtosaniyə lazer korreksiyanın icrasına imkan yaranıb. Mərkəzin “Eksimer-lazer” bölməsinin müdiri t.ü.f.d. Mirana Mirişovanın qeyd etdiyinə görə, “...bu texnologiyanın sürəti və dəqiqliyi artırıldığı üçün pasiyentlər üçün əməliyyat müddəti azalmış olur. SMILE Pro-nu seçməklə, siz nəinki görmə qabiliyyətinin korreksiyasını əldə etmiş olursunuz, həm də uzun illər sağlamlığınıza və həyat keyfiyyətinizə sərmayə qoyursunuz.”