19–23 noyabr 2025-ci il tarixlərində Antalyada Türk Oftalmoloji Dərnəyinin 59-cu Beynəlxalq Oftalmologiya Konqresi keçirildi.

19–23 noyabr 2025-ci il tarixlərində Antalyada Türk Oftalmoloji Dərnəyinin 59-cu Beynəlxalq Oftalmologiya Konqresi keçirildi.

25.11.2025

Tədbir 2500-dən çox oftalmoloqu bir araya gətirərək bu sahədəki son elmi yeniliklərin, innovativ araşdırmaların və müasir klinik yanaşmaların müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrildi.

Konqres çərçivəsində geniş mövzuları əhatə edən elmi sessiyalar, praktik təlimlər və interaktiv panel müzakirələri təşkil olunmuşdu. Bu proqramlar iştirakçılara bilik və bacarıqlarını artırmaq, təcrübə mübadiləsi aparmaq və sahədəki yenilikləri daha yaxından izləmək imkanı verdi.

Konqresdə Azərbaycandan 25 oftalmoloq iştirak etdi. Onlar öz elmi tədqiqatlarını və klinik nəticələrini təqdim etməklə yanaşı, müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərlə fikir mübadiləsi apararaq yeni bilik və yanaşmalar əldə etdilər. Bu əməkdaşlıq həm peşəkar inkişaf baxımından mühüm rol oynadı, həm də Azərbaycan oftalmologiyasının beynəlxalq səviyyədə daha geniş təmsil olunmasına şərait yaratdı.

Eyni zamanda, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvü Dr. Ayan Qəlbinur Cəmiyyəti təmsil edərək “Rhegmatogenous Retinal Detachment Following ICL Implantation in High Myopia” mövzusunda çıxış etmişdir. Həmçinin onun “Stem Cell Transplantation in Corneal Opacities Following Repeated Corneal Transplant Rejection” və “Controlled Studies of Hypoxic Stress and Programmed Cell Death in Ocular Structures” mövzularında E-poster təqdimatları da nümayiş etdirilmişdir.

Azərbaycan oftalmoloqlarının fəal iştirakı həm təcrübə paylaşımı, həm də sahədəki ən son yeniliklərin və qlobal trendlərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, Türk Oftalmoloji Dərnəyinin 59-cu Beynəlxalq Oftalmologiya Konqresi təkcə elmi biliklərin artırılması üçün deyil, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, yeni əlaqələrin qurulması və oftalmologiya sahəsində innovativ yanaşmaların əldə edilməsi baxımından da mühüm tədbir oldu.

Нет описания фото.