Azərbaycan Gənc Oftalmoloqlarının 17-ci Konfransı və 3-cü Forumu
01.10.2025
Hörmətli Gənc Məsləkdaşlarımız, Azərbaycan Gənc Oftalmoloqlarının 17-ci Konfransı və 3-cü Forumu bu il 28 noyabr 2025-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçiriləcək.
Bu ilki tədbir dəyərli alimimiz Professor Zəhra xanım Quliyevanın əziz xatirəsinə həsr olunur.
Məruzələrin qəbulu:
1 – 15 oktyabr 2025-ci il tarixlərində aparılacaq.
Bütün gənc oftalmoloqları və rezidentləri aktiv iştirak etməyə və elmi məruzələrini təqdim etməyə dəvət edirik.
Konfrans barədə əlavə məlumat mütəmadi olaraq paylaşılacaq. Hər birinizə isti yay günlərində uğurlar arzu edirik!













































































































































































































































































































































































































































