Şəkidə Kimya-biologiya təmayüllü Respublika liseyində profilaktik oftalmoloji skriniq müayinələri aparılıb
05.11.2025
04.11.2025-ci il tarixində Şəkidə Kimya-biologiya təmayüllü Respublika liseyində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının əməkdaşları tərəfindən məktəblilərin və işçi heyətinin profilaktik oftalmoloji skriniq müayinələri aparılıb. Müayinə olunan 301 nəfərdən 67-də (22,3%) refraksiya patologiyası aşkar olunub, onlardan 61-i uşaqdır. Liseydə oftalmoloji müayinələr aparan mütəxəssis E.E.Həmidovun qeyd etdiyinə görə, uşaqların 18%-də refraksiya patologiyası ilk dəfə müəyyən olunub. Uşaqlara, sinif rəhbərlərinə müvafiq tövsiyələr verilib və ətraflı oftalmoloji müayinənin aparılması məsləhət olunub.












































































































































































































































































































































































































































