İxtisaslaşma
2011-2014-cü illər akademik M.A.Topçubaşov adına Elmi cərrahiyyə mərkəzində Anesteziologiya və reanimatologiya üzrə rezidentura təhsili.
2012-ci ildə GAMCA Almaniya-Azərbaycan Tibbi Kooperativ Assosiasiyasının təşkilatçılığı ilə “1-3-cü Azərbaycan-Almaniya Cərrahiyyə Günləri”ndə Anesteziologiya üzrə treninqlərdə iştirak etmişdir.
2012-ci il 13-15 aprel tarixlərində Uluslararası Acil Tıp Simpoziumuna qatılmışdır.
2014-cü ildə Almaniyanın Yena şəhərində “Universitatsklinikum Jena” və Gera şəhərlərində-“SRH Waldklinikum in Gera” klinikalarında 3 aylıq ixtisasartırma kursu.
2018-ci ildə Bakı şəhəri “Excelsior Hotel”də təşkil olunmuş “Anesteziologiya praktikasında çox rast gəlinən fəsadlar” adlı elmi-praktik konfransda iştirak etmişdir.
2018-ci ildə Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzində təşkil olunmuş “Cərrahiyədə və intensiv terapiyada nutritiv yardım” adlı elmi seminarda iştirak etmişdir.
2019-cu ildə “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar”mövzusunda Elmi-praktik konfransda iştirak etmişdir.
2015-ci ildən ECM-in Kardio-anesteziologiya-reanimatologiya şöbəsində çalışır.