Şəkərli diabetin göz fəsadları və tor qişanın patologiyası şöbəsi
Təhsili
2005-2011-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Prezident təqaüdçüsü olub
2011-2014-cu illərdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində rezidentura keçib
2017-ci ildə ildə Ufa Göz Xəstəliklərinin ETİ-da vitreoretinal cərrahiyyə şöbəsində kvalifikasiyanın artırılması uçun cərrah-oftalmoloq vəzifəsində işləmişdir. Həmin il bu xəstəxanada «Büllurun xəstəliklərinin cərrahi müalicəsi. Kataraktanın fakoemulsifikasiyası» kursunu keçmişdir
2021-ci ildə İsveçrənin Lugano şəhərində «European School for Advanced Studies in Ophthalmology» məktəbində «Special training program» keçmişdir
Elmi fəaliyyət
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin, Türk Cümhuriyyəti Oftalmoloqlar Cəmiyyətinin, Avropa retina mütəxəssislərin birliyinin üzvüdür. Bir çox yerli və xarici konfranslarda çıxışları, elmi məqalələri var
2024-cu ildə İspaniyanın Barselona şəhərində 24-cu Euretina konfransında ölkəmizi uğurla təmsil etmişdir. Həmin il Ufa Göz Xəstəlikləri ETİ-da beynalxalq konfransda məruzə etmişdir
2025-ci ildə Hindistanın Yeni Dehli şəhərində keçirilən YOSİCON 2025 beynalxalq konfrasında ağır patologiyanın - endoftalmitlərin cərrahiyyəsi üzrə təqdimat etmişdir
İş fəaliyyəti
2019-cu ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində çalışır
İxtisaslaşma
Vitreoretinal, katarakta, təxirəsalınmaz oftalmoloji cərrahiyyə və tibbi retina üzrə mütəxəssis