Şöbədə cərrahlar tərəfdən kataraktanın ekstrakapsulyar ekstraksiyasi, müxtəlif ölkələrin istehsalı olan bərk və yumşaq linzalarin implantasiyası ilə tunel üsulu ilə tikişsiz əməliyyatlar aparılır. Bundan əlavə şöbədə antiqlaukomatoz əməliyyatları, göz alması və göz qapaqları törəmələrinin götürülməsi, yaş yolları patologiyasından olan dakriosistorinostomiya əməliyyatları da aparılır.