Rezidentura

Rezidentura səviyyəsi 060911 - «Oftalmologiya» ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı» tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»na və «Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmolgiya Mərkəzində həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2011 –ci ildən aparılır. Oftalmologiya ixtisası üzrə təhsil müddəti 3 ildir.

Mərkəzdə il ərzində diaqnostik və cərrahi istiqamətdə ixtisaslaşan 20 -dən çox rezident fəaliyyət göstərir. Belə ki, rezidentər təhsil müddətlərində  ixtisas üzrə təhsil proqramı , ümumi fənnlər və  peşə fənnlər üzrə rotasiyalar şəklində təhsil alırlar. Rezidentlərin bilik və bacarıqlarını artırmaq üçün Mərkəzdə mühazirə zalı və bacarıq laboratoriyası (Wetlab)vardır. Əhalinin kütləvi profilaktik müayinəsi zamanı və Mərkəzin filiallarında oftalmoloji yardımın keçirilməsində rezidentlərin fəal fəaliyyəti mütləqdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi  dərin fundamental və kliniki peşə hazırlığı keçmiş, müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə etməyi bacaran, əhaliyə ixtisaslaşmış oftalmoloji yardımın göstərilməsinə hazır olan həkim-oftalmoloq hazırlayır. Mərkəzimizdə rezidentura proqramı keçmiş mütəxəssis oftalmoloqlar Respublikamızın rayon və bölgələrində Diaqnostik mərkəzlərdə, Mərkəzi xəstəxanalarda, poliklinikalarda və həmçinin Mərkəzimizdə fəaliyyət göstərirlər.