Səyyar Klinika Sumqayıtda

Səyyar Klinika Sumqayıtda

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 6 fevral 2018-ci il tarixində Sumqayıt şəhərində humanitar aksiya keçirib.

Mərkəzimiz mütamadi olaraq paytaxt Bakıda və Respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir. Bu dəfə Mərkəzinin Səyyar Klinikası Sumqayıt şəhərində aksiya keçirib. Məqsəd pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.