Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti dəfə keratoplastika əməliyyatları həyata keçirildi.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti dəfə keratoplastika əməliyyatları həyata keçirildi.

3 gün ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrahları Abduləliyeva Fərəh, Həsənov Cəmil, Hüseynov Emil və Ağayeva Fidan tərəfindən 22 uğurlu buynuz qişanın transplantasiyası əməliyyatı icra olunub.
İlk növbədə buynuz qişa uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb. 
Hətta ilk dəfə Respublikanın regionlarında – akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə Filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib.
Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb.
Bu əməliyyatların həyata keçməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Milli Məclisin, Səhiyyə Naziri cənab Oktay Şirəliyevin sayəsində reallığa çevrilib.