“Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçirildi.

“Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçirildi.

14 mart 2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi  və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 11-17 mart Dünya Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçirildi. Konfransda qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən məruzələr olundu, xəstəliklərin aradan qaldırılması ilə bağlı  fikir mübadiləsi aparıldı. Həmçinin oftalmoloqlar qlaukoma ilə bağlı çıxışlarını təqdim etdilər. 
Konfransda "Azərbaycan Oftalmoloqlar Cəmiyyəti"nin fəaliyyəti haqqında məlumat verildi. “Qlaukomanın inkişafının təhlili”, “Göz travmaları nəticəsində yaranan qlaukoma”, “Qlaukomalı pasiyentlərin monitorinqində Heydelberq retinotomoqrafiyanın rolu”, “Qlaukoma ilə assosiasiya olan tor qişanın xəstəlikləri – maraqlı kliniki hallar”,  və s. mövzular dinlənildi. 
Qlaukoma göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Xalq arasında göz təzyiqi və ya “qarasu” olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir.  Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Günəş işığı və isti mühit qlaukomanın yaranmasına birbaşa səbəb olur. Statistik məlumata əsasən dünyada qlaukoma xəstələrinin sayı 44.7 milyon nəfərdir. Bu xəstələrin 2.8 milyon nəfəri ABŞ-da yaşamaqdadır. Aparılan hesablamalara əsasən 2020-ci ildə 58.6 milyon şəxsdə qlaukoma xəstəliyinin olacağı proqnozlaşdırılır.
Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, paytaxda  və regionlarda keçirlən konfranslarda da əsas niyyət oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır.