Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 6 nömrəli məktəb-liseydə tibbi aksiya keçirib. 170 nəfər müayinə olunub.

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 6 nömrəli məktəb-liseydə tibbi aksiya keçirib. 170 nəfər müayinə olunub.

19 dekabr 2018-ci il tarixində Akademik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası T.İsmayılov adına 6 №-li məktəb-liseyin şagird və müəllim heyətinə tibbi xidmət göstərdi.

İnformator.az-a verilən məlumata görə 170 nəfər müayinə olunub.  Dünyada görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 12 milyonu refraksiyanın anomaliyası səbəbindən görmə pozğunluğuna malikdirlər 

“Görmə 2020” proqramı çərçivəsində bu məqsədlə Akademik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bir sıra ali məktəb, orta məktəb və baxçalarda aksiyalar keçirməkdə davam edir.

www.informator.az