Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Gəncədə həyata keçirir.

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Gəncədə həyata keçirir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Gəncə şəhərində həyata keçirir.

Mərkəzin Elmi təşkilati-metodik bölmənin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, mayın 24-dən başlayan səyyar klinika mayın 26-da yekunlaşacaq.

Aksiyanın məqsədi gəncəli pasiyentləri müayinə və müalicə, hətta ehtiyac olduğu zaman cərrahi əməliyyat etməkdir. Daha ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, eyni zamanda mərkəzin Gəncə filialına gəlmələrinə şərait yaradılır.

Y.Abdiyeva bildirib ki, Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr,işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.

İlk dəfə olaraq mayın 8-dən 12-ə kimi Astarada keçirilən bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək.

Bakı. İlhamə İsabalayeva - Trend: