Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)-nın ümumi yığıncağı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)-nın ümumi yığıncağı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyasında oftalmolgiyada baş verən yeniliklərdən danışılıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov “Azərbaycanda çox rast gəlinən oftalmoloji patologiyaların yayılması və tibbi-sosial əhəmiyyəti”adlı məruzə ilə çıxış edib. Elmar Qasımov bildirib ki, respublikada oftalmoloji yardım səviyyəsi  durmadan yüksəlir, müasir diaqnostik və müalicəvi texnologiyalar və avadanlıqlar  geniş tətbiq edilir. Mərkəzin direktoru Səyyar Klinika vasitəslə minlərlə müayinə, müalicə və cərrahi əməliyyatlar aparıldığını və Mərkəzin regionlardakı filiallarının fəaliyyətindən də danışıb.