Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəydə humanitar aksiya keçirdi.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəydə humanitar aksiya keçirdi.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəydə şəhid ailələri də daxil olmaqla rayon əhalisinə tibbi xidmət göstərir. Burda əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. 
Hazırda Mərkəzin 15 nəfərlik peşəkar heyəti Gədəbəy sakinlərinə tibbi xidmət göstərir. Gədəbəy rayonu və eləcə də, kəndlərdən gələn 400-ə qədər yerli sakin müayinə, 10 nəfər cərrahi əməliyyat olunmuşdur.
Xatırladaq ki, 2005-ci ildən bu günə kimi Səyyar Klinika Respublikanın rayon və şəhərlərində 160-a qədər tibbi aksiya keçirmişdir.