Azərbaycan Gənc Oftalmoloqlarının I Forumunu

Azərbaycan Gənc Oftalmoloqlarının I Forumunu

Azərbaycan Gənc Oftalmoloqlarının I Forumunu XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransından sonra, 25 noyabr 2023-cü il tarixdə, günün ikinci yarısı keçirməyi nəzərdə tutmuşuq. İlk dəfə belə formatda təşkil ediləcək tədbirin əsas məqsədi gənc mütəxəssislərin qarşılaşdığı problemləri dinləmək, beynəlxalq oftalmoloji aləmdə gənclərin professional inkişafına yönəlmiş faydalı resursları onların diqqətinə çatdırmaq, praktik oftalmologiyada kövrək addımlarını atan gənc oftalmoloqlara bu sahədə artıq sözünü demiş, müəyyən bilik və təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsinin həyata keçirmək üçün şəraitin yaradılmasından ibarətdir.
Əlavə məlumat üçün linkə daxil ola bilərsiz: http://tiny.cc/gok2023forum