“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Ağdam rayonu dörd yol qəsəbəsində uşaqlar üçün tibbi aksiya keçirildi.

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Ağdam rayonu dörd yol qəsəbəsində uşaqlar üçün tibbi aksiya keçirildi.

1 iyun 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Pediatrlar Assosiasiyası, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Ağdam rayonu dörd yol qəsəbəsində uşaqlar üçün tibbi aksiya keçirdi.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Ağdamda uşaqlara tibbi xidmət göstərdi.Görmə 2020” proqramı çərçivəsində Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası hər ay paytaxtda, respublikanın şəhər və rayonlarında mütamədi aksiyalar keçirir. Aksiyada məqsəd pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarının aşkarlanmasını müəyyənləşdirmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərməkdən ibarətdir.