Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şəmkir şəhərində humanitar aksiya keçirib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şəmkir şəhərində humanitar aksiya keçirib.

Məqsəd müayinələr aparmaq,  müalicə tətbiq etmək, eləcə də cərrahi əməliyyatlar həyata keçirməkdir.
200-dən çox pasient müayinə olunub və 20 cərrahi əməliyyat aparılıb. Aksiyanın təşkilatçılıq işlərinə dəstək göstərən Şəmkir şəhər Heydər Əliyev Mərəkəzinin direktoru, millət vəkili Sona Əliyeva bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Şəmkir şəhər Xəstəxanasının baş həkimi Ayaz İbrahimov,  oftolmoloq Nüşabə Seyidova və digər yerli həkimlər də  aksiyada yaxından iştirak ediblər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi  “13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü” ilə də bağlı Şəmkirdə maarifləndirmə tədbirləri həyata keçirir.  Burda da məqsəd dünyanın mübarizə apardığı korluğun qarşının alınması prosesində fəal iştirak etməkdir. Aksiya çərçivəsində gözlə bağlı problemi olan pasientlərə bir sıra məsəhətlər verilir, eləcə də müayinə və müalicələr aparılıb.  
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi aksiyalar ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin bir tərkib hissəsi hesab oluna bilər. Mərkəz mütamadi olaraq  Respublikasının müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir.  Məqsəd həm pasientlərin  səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına dəstək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.
2005-ci ildən 2017-ci il ərzində Səyyar klinika respublikanın 87 rayon və şəhərlərinə  122   dəfə  aksiya keçirib.  21 min 645 pasient  müayinə və müalicə olunub,  2 min 465 xəstə cərrahi əməliyyat olunub.  Cərrahi əməliyyatlar ümümi xəstələrin sayına görə 11,39% təşkil edib.