Oktyabrın 20-də Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər” mövzusunda IV regional konfransı keçirilib.

Oktyabrın 20-də Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər” mövzusunda IV regional konfransı keçirilib.

Oktyabrın 20-də Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər” mövzusunda IV regional konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstəsi düzüblər. Sonra Heydər Əliyev muzeyinə baxış olub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov açaraq səhiyyənin inkişafından və oftalmologiya sahəsində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Ali Məclis Sədrinin konfrans iştirakçılarına salamlarını və konfransın təşkilatçılarına təşəkkürünü çatdırıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin IV regional konfransının keçirilməsi ilə bağlı təşəbbüsü, yüksək ixtisaslı həkim briqadalarının yerli həkimlərlə birgə hər il çoxlu sayda müxtəlif cərrahi əməliyyatları uğurla həyata keçirmələri muxtar respublika əhalisinin sağlamlığının qorunmasında, həm də yerli həkimlərin təcrübələrinin artırılmasında əhəmiyyətli rola malikdir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafındakı fəaliyyətinə görə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edib.
Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımova təqdim edib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Qeyd edib ki, konfransın Naxçıvanda keçirilməsi heç də təsadüfü deyil. Azərbaycanın qədim diyarlarından olan Naxçıvanda səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti də yarandığı gündən ölkəmizdə oftalmoloqların peşəkarlıqlarının artırılmasında öz dəstəyini əsirgəməyib. Eyni zamanda oftalmoloqların üzləşdiyi problemlərin həllində də öz yardımını göstərib. Naxçıvanda bu tədbirin keçirilməsində də məqsəd göz xəstəlikləri ilə bağlı fikir mübadiləsi aparmaqdan ibarətdir. Konfransda ölkəmizin digər regionlarından olan oftalmoloqlar göz xəstəlikləri ilə bağlı mühazirələrini təqdim edəcəklər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərindən elmi işlər uzrə direktor müavini, tibb elmləri doktoru Hicran Namazova, professor Kərəm Kərimov, direktor müavini Ceyhun Nəzərli ,tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva,tibb üzrə fəlsəfə doktoru ,cərrah Fərəh Abulaliyeva və digər 16 həkim konfransda çıxış etmişlər.
Həmçinin konfransda “Naxçıvanda oftalmoloji xidmətin təşkili və inkişaf tarixi”, “Paralitik çəpgözlüklər: klinika, diaqnostika, cərrahi müalicədə yeniliklərimiz və nailiyyətlərimiz”, “Qarışıq astiqmatizmli xəstələrdə femto-lasik texnologiyasının istifadəsi” və digər mövzularda məruzələr dinlənilib, oftalmoloqlar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.