6 dekabr 2019-cu il tarixində Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) 2-ci toplantısı keçirildi.

6 dekabr 2019-cu il tarixində Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) 2-ci toplantısı keçirildi.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşakar mütəxəssislərlə, alimlərlə birgə görüş keçirildi. 6 məruzə dinlənildi. 
Toplantını giriş nitqi ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Elmar Qasımov açdı.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini T.ü.f.d. Abdıyeva Yazgül Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyəti, strukturu barədə məlumat verdi. Daha sonra cərrah-oftalmoloqlar tərəfindən, öz təcürbələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edildi. Məruzələr Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən t.ü.f.d. Emil Hüseynov, Dr. Loğman Hacı Bədəlli, Dr. Rövşən Rəcəbli, Respublika Müalicəvi Diaqnostika Mərkəzindən Dr. Kamalova Jalə və Dr. Məmmədov Eloğlu tərəfindən təqdim edildi. Sual və təkliflər səsləndirildi.