26 -27 iyun 2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirdi.

26 -27 iyun 2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirdi.

Aksiya çərçivəsində 210 nəfər müayinə ,7 nəfər əməliyyat olundu.
Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdən ibarət idi. 
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində  aksiyalar keçir.  Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır.