Dəmiryol Səyyar Klinikası Astarada

Dəmiryol Səyyar Klinikası Astarada

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası mayın 8-dən 12-ə kimi Astara rayonunda humanitar aksiya keçirir. 
Əhaliyə tibbi xidmət göstərən Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Qatarda yerləşən Dəmiryolu Səyyar klinikası müasir oftalmolojı avadanlıqlarla təchiz olunub. Burada yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya cihazı yerləşdirilib. Səyyar Klinika üç hissədən - texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir.