Çox hörmətli Həyat xanım!

Çox hörmətli Həyat xanım!

Bu gün biz Sizi fəxri təqaüdə yola salırıq.  Uzun illər Sizinlə işləməkdən çox məmnun qaldıq. Azərbaycan oftalmologiyasının inkişafında zəhmətiniz qiymətsizdir! Gözəl həmkar, ən kiçik incəlikləri bilən, yüksək səviyyəli bir mütəxəssissiniz. Siz, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəxri üzvü olaraq, bizim üçün yüksək peşəkarlığın nümünəsisiniz.

Çox hörmətli Həyat xanım! Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivi Sizə uzun ömür, möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti və xoş istirahətlər arzulayır! Siz buna layiqsız!