Milli Oftalmologiya Mərkəzinin Balakəndə keçirdiyi aksiya zamanı 162 nəfər müayinə edilib.

Milli Oftalmologiya Mərkəzinin Balakəndə keçirdiyi aksiya zamanı 162 nəfər müayinə edilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti tibbi aksiyasını martın 28-29-da Balakən rayonunda keçirib.

Mərkəzin elmi-məlumat, təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, Balakən dəmiryol stansiyasında keçirilən aksiya zamanı 162 nəfər müayinə, 10 nəfər əməliyyat edilib. Müayinədən keçənlərdə ən çox presbiopiya, çəpgözlük, miopiya, quru göz sindromu, qlaukoma, astiqmatizm, katarakta aşkarlanıb.

Qeyd edək ki, hazırda dünyada 300 milyon insan müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.

Bakı, 29 mart, AZƏRTAC