Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsi
Təhsili
1984-1994 - № 258 orta məktəb, Bakı / Azərbaycan.
1994-2000 - Azərbaycan Tibb İnstitutu, Bakı / Azərbaycan.
2002-2003 - İnternatura, № 1 Klinik xəstəxanası. Bakı / Azərbaycan.
2003-2006 - Rezidentura, Caspian Compassion Project (CCP), Bakı / Azərbaycan.
01.11.06-01.05.07 - Qlaukoma üzrə uzunmüddətli kurs, Chittagong Eye Infirmary and Training Complex (CEITC). Chittagong/Bangladesh.
07.07.07-30.09.08 - Buynuz qişa və ön seqment uzunmüddətli kurs, Islamia Eye Hospital (IEH) Dhaka/Bangladesh; LV Prasad Eye Institute (LVPEI), Hyderabad/India.
01.03.11-01.04.11 - Buynuz qişa və refraksion cərrahiyyəs qısa kursu - Singapore National Eye Center (Singapore).
Elmi fəaliyyət
İş fəaliyyəti
01.05.07 tarixindən indiyədək Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində işləyir.
2008-ci ildə Azərbaycanda ilk dəfə anadangəlmə qlaukomanın müalicəsində daha effektiv “Trabekulotomiya ilə birlikdə trabekulektomiya” cərrahi texnikasını təqdim etmişdir.
2009-cu ildə Azərbaycanda və MDB məkanında ilk dəfə tikişsiz buynuz qişanın transplantasiyası əməliyyatını (DSEK, DSAEK) keçirtmişdir.
2010-cu ildə Azərbaycanda ilk dəfə açıq bucaqlı qlaukomanın müalicəsində daha effektiv “Express Shunt Glaucoma implant” implantasiya cərrahi texnikasını təqdim etmişdir.
2011-ci ildə MDB-də ilk dəfə açıq bucaqlı qlaukomanın müalicəsində Trabekulektomiya əməliyyatına alternativ olan "Glaucolight mikrakateter" vasitəsi ilə “Kanaloplastika” əməliyyatını təqdim etmişdir.
2013-cü ildə Azərbaycanda və MDB məkanında ilk dəfə olaraq keratotransplantın tutmamazdıq yüksək risk olan gözlərdə “Boston keratoprosthesis type 1” süni buynuz qişanın implantasiyasını keçirtmişdir.
Türk Oftalmologiya Dərnəyinin, Amerika və Avropa Katarakta və Refraktif Cərrahiyyə Birliyinin, eləcə də Avropa Qlaukomatoloqları Birliyin üzvüdür.
Azərbaycan, Türkiyə, Avropa və Amerikada keçirilən konfranslarda fəal iştirak edir.
Onun məqalələri Oftalmologiya (Azərbaycan), American Journal of Ophthalmology (ABŞ), Qlaukoma News (Rusiya), Euro Times (Avropa) jurnallarında nəşr edilmişdir.
İxtisaslaşma: Buynuz qişanın patologiyası, qlaukoma, katarakta, göz zədəsı və refraksion patologiyasınin cərrahiyası və müalicəsi.