2004-2005 - İnternatura - Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsi
2013 - Akademik S.N.Fyodorov adına “Gözün Mikrocərrahiyəsi” SETK İnstitutunda “Buynuz qişanın femtosecond lazer istifadə etməklə Eksimer lazer cərrahiyəsi» şöbəsində ixtisaslaşdırılma təlimi (Moskva, Rusiya)
2014 - “Liv Hospital” klinikasının Eksimer lazer şöbəsində "Gözün Lasiklə Lazer korreksiyası əməliyyatları" üzrə peşəkar təlim (İstanbul, Türkiyə)
Beynalxalq Çəpgözlüyün Assosiyasiyası və Türk Cümhuriyyəti Oftalmoloqlar Cəmiyyətinin üzvüdür.
Azərbaycan oftalmoloqları arasında ilk dəfə Pediatrik Oftalmologiya və Çəpgözlük üzrə 2012-ci ildə İtaliyanın Milan şəhərində keçirilən II-ci Dünya Oftalmologiya konqresində məruzə ilə çıxış emişdir. Bundan əlavə 2015-ci ildə İspaniyanın Barselona şəhərində Dünya Oftalmoloqların kongresində uğurla məruzə ilə çıxış etmişdir.
İş fəaliyyəti
2006 - 2010 - AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun “Görmə analizatorunun neyrofiziologiyası” laboratoriyasında böyük laborant vəzifəsində çalışmışdır.
2010-cu ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində eksimer lazer şöbəsində elmi işçi vəzifəsində çalışır.
İxtisaslaşma: Çəpgözlük, eksimer-lazer (Femto-lasik, Lasik, Epi-lasik, FRK) və gözün müxtəlif xəstəliklərində Arqon lazer vasitəsilə göz dibinin lazer foto koaqulyasiyası əməliyyatları üzrə mütəxəssis