Gözün protezləşdirilməsi və görmənin kontakt korreksiyası şöbəsi
Təhsili
1994-2000 - Azərbaycan Tibb Universiteti
2000-2001 - İnternatura - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində
2010- Akademik S.N.Fyodorov adına Sahələrarası Elmi Texniki Kompleksində "Görmənin kontakt və eynək korreksiyası" kursunu keçmişdir.
Elmi fəaliyyət
İş fəaliyyəti
2002-ci ildə etibarən Görmənin kontakt korreksiyası və göz protezləşdirilməsi şöbəsində həkim oftalmoloq kimi fəaliyyət göstərir.
Astiqmatizmin müxtəlif növlərində hava keçirən bərk kontakt linzaların individual seçilməsi,torik yumşaq linzaların seçilməsi və sifarişi, keratokonuslu xəstələrin müayinəsi və dispanser müşahidəsi, keratokonus zamanı hava keçirən bərk kontakt linzaların seçilməsi, +20,0 dioptriyadan -20,0 dioptriyadan qədər müxtəlif növ linzaların seçilməsi, müalicəvi kontakt linzaların seçilməsi, gözün müxtəlif anadangəlmə və post travmatik qüsurlarında kosmetik linzaların seçilməsi və hazırlanması, rəngli kosmetik linzaların seçilməsi, görmənin yoxlanılması və eynəklərin seçilməsi, ocümlədən, optiko rekonstruktiv əməliyyatlardan sonra.
İxtisaslaşma: Görmənin kontakt və eynək korreksiyası