Bölmənin fəaliyyətinin əsas məqsədləri elmi-tədqiqat işlərinin planlaşdırılması zamanı lazımi informasiyanın toplanması və təhlili, planlaşdırılan elmi işlər üzrə patent axtarışı və müxtəlif mənbələrdən alınmış informasiyanın patent təhlili, mərkəzin elmi məqalələrinin və toplularının nəşrə hazırlanması (redaktə və tərcümə işləri), xarici mənbələrindən alınan informasiyanın axtarışı və elmi işçilərə təqdimi, tematik, qeydiyyat və informasiya kartların vaxtında hazırlanması və mərkəzi informasiya orqanlarına təqdimi., metodik sənədlərin redaktəsi və nəşri, respublikanın rayonlarına mərkəzin əməkdaşlarının ezam edilməsinin təşkili və eləcədə iş yerlərində respublikanın oftalmoloji şəbəkəsinin müəssisələrindən gələn həkimlərin ixtisaslaşdırılması və təcrübəsinin təkmilləşdirilməsinin təşkilindən ibarətdir.
Bölmənin əsas fəaliyyətinidən biri mərkəzdə həyata keçirilən elmi konfransların təşkilidir. Ən-ənəvi olaraq hər il 28 aprel tarixində Akademik Z. Əliyevanın doğum gününə həsr olunan «Oftalmologiyanın aktual problemləri » mövzusunda elmi praktiki konfrans və noyabr ayında keçirilən gənc oftalmologların «Müasir oftalmologiyanın problemləri. Son nəaliyyətlər» mövzusunda elmi konfransları təşkil olunmaqdadır.
Mərkəzin bu bölməsi fəaliyyətini 1968 ci ildə başlamışdır. Belə ki, Akademik Z.Əliyeva Azərbaycan ETGX İnstitutunda, institutun elmi-praktiki məsələləri və planları müvəffəqiyyətlə həll etmək üçün, elmi-tibbi informasiya şöbəsi təşkil olunmuşdur. İlk günlərdən 1978-ci ilə qədər şöbəyə T.İ.Xəlilov rəhbərlik edirdi, sonrakı dövrlərdə bu şöbəyə t.e.n.E.İ.Rüstəmova (1978-1984), t.e.n.M.C.Məmmədov (1984-1988), V.A.Valitski (1988-1999), t.e.n. V.Z.Zeynalov (2000-2001), t.e.n.F.H.Şamilova (2001-2005) rəhbərlik etmişlər.
2006-cı ildən institutun rəhbərliyi elmi-məlumat şöbəsini təşkilati-metodik şöbə ilə birləşdirib «elmi-məlumat və təşkilati-metodik mərkəz» adında vahid bir struktur yaratmışdır.
Tibb elminin nailiyyətləri və yenilikləri haqqında mütəxəssislərə məlumat çatdırılması məqsədi ilə şöbədə internet şəbəkəsinə qoşulması üçün şərait yaradılıb.
Oftalmologiya ədəbiyyatının xəzinəsi olan mərkəzin elmi tibbi kitabxanası da bu şöbəyə daxildir. Onun nəzdində 8736 kitab, jurnal, avtoreferat və dissertasiya işi vardır. Oftalmologiyada və tibb elminin yanaşı olan sahələrində nəşr olunan yeni ədəbiyyat haqda məlumat kitabxananın müdiri tərəfindən hər həftə mərkəzin əməkdaşlarına təqdim edilir.
Hal-hazırda şöbədə redaktor B.H.Salayeva, tərcüməçi E.M.Əzizova, kitabxana müdiri N.B.Rzayeva fəaliyyət göstərir.