Azərbaycan Respublikasının cənub bölgəsinin əhalisinə yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi məqsədi ilə 2008 il oktyabrın 7-də Masallı şəhərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin regional şöbəsi açılmışdır. Klinika ən müasir diaqnostik və cərrahi avadanlıqlarla təhciz edilmişdir (Leica, Accurus Alcon, Legacy və s.). Klinikanın fəailiyyəti müntəzəm şəkildə aparılır. Klinikanın işi üç əsas istiqamətdə aparılır.
- Görmə orqanı patologiyasının erkən aşkar edilməsi, qeydə alınması, dispanserizasiyası, pasientlərə oftalmoloji yardım, ən müasir diaqnostik, konservativ və cərrahi texnologiya növlərinin tətbiqi və həyata keçirilməsi
- Yerli və ətraf rayonların müvafiq sahə üzrə mütəxəsislərinin bilik və təcrübələrinin artırılması, aktual problemlərə həsr olunmuş və canlı cərrahiyyənin müşayəti ilə konfrans və seminarların keçirilməsi
- Yerli əhalinin oftalmoloji xəstəliklər və onların gözlənə bilinən fəsadları barədə məlumatlandırılması.
Yüksək ixtisaslı oftalmoloji müayinələrin aparılması (vizometriya, tonometriya, avtorefraktokeratometriya, biomikroskopiya, gözün AB-skannoqramması, görmə sahəsinin müayinəsi, optik koherent tomoqrafiyası (Zeiss), göz dibinin fotoregistrasiyası və s.) nəticəsində görmə orqanının ön və arxa seqmentinin bütün növ patologiyalarının müayinəsi, differensial diaqnostikası və müalicəsi mümkündür.
Burada beynəlxalq texniki və tibbi standartlara cavab verən Cərrahiyyə blokunda müxtəlif növ oftalmoloji əməliyyatlar aparılır (kataraktanın fakoemulsifikasiyası, antiqlaukomatoz, çəpgözlüyə qarşı, yaş yollarının patologiyası, intravitreal anti-VEGF preparatların vurulması və s.). 2014-cü ildən fotorefraktiv cərrahi əməliyyatlarda aparılır. Əməliyat növündən asılı olmayaraq pasientlər əməliyyatqabağı lazımi laborator, elektrokardioqrafik və müvafiq sahə üzrə mütəxəssis müayinələrindən keçirilir və əməliyyata göndərilirlər. Vitreoretinal cərrahiyəsinin tətbiqi yaxın gələcəkdə planlaşdırılır.
Masallı regional şöbəsinin fəailiyyəti cənub bölgəsində görmə orqanını xəstəliklərinin profilaktikasında, vaxtında aşkar edilməsində və müalicəsində mühüm rol oynayır.