Şöbə müdiri – t.ü.f.d. Hacıyeva B.X.
Qəbul şöbəsinin fəaliyyəti xəstələri müayinələrin ve analizlərin cavabı ilə qəbul edib, onlara xəstəlik tarixcəsi açıb, stasionarın müvafiq şöbəsinə müalicə və ya cərrahi əməliyyat üçün yerləşdirməkdən ibarətdir. Mərkəzin stasionarı 185 çarpayıdan ibarətdir. Stasionarda yerləşdirmək üçün xəstədən göz müayinələrindən əlavə tələb olunur
1) qanın ümumi analizi,
2) EKQ,
3) Fluoraqrafiya.
Sonda Anestezioloq bu muayinələrin cavablarina baxaraq və bəzi alavə müayinələri etdikdən sora xəstədə cərrahi əməliyyatın aparıla biləcəyi və anesteziyanın hansı növündən istifadə olunması haqqında rəy verir.
Xəstə stasionara yerləşməsi ücün şəxsiyyət vəsiqəsi ve 18 – 35 yaşları arasında hərbi bilet tələb olunur.
Xəstələrə xəstəlik tarixi acılannan sora xəstəyə aid olan bütün məlumatlar kompyuterə daxil edilir və şəbəkə ilə məlumat stasionarın müvafiq şöbələrinə və əməliyyat otagına verilir. Bunnan sora əməliyyat otagının personalı xəstələrin növbəsini planlaşdırarək əməliyyata xəstələri alırlar.