
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivi tərəfindən bu gün görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş "102 ağac əkək" aksiyası təşkil olunub.
21.04.2025
Artıq bir neçə ildir ki, mərkəz əməkdaşları tərəfindən bu ənənə davam etdirilir. Əvvəlki illərdə əkilən ağacların bu gün sağlam şəkildə boy atması və yaşıllaşması aksiyanın davamlılığını və ekoloji dəyərlərə olan həssas yanaşmanı əks etdirir.
Aksiyanın əsas məqsədi Akademik Zərifə Əliyevanın elmi irsini, insanlara qayğı və şəfqət dolu münasibətini yaşatmaqla yanaşı, həm də ətraf mühitin qorunması, yaşıllıqların artırılması və cəmiyyətə ekoloji mesajın verilməsidir.
Bu təşəbbüs həm də Zərifə xanımın həyat fəlsəfəsinə – təbiətə, insanlara və gələcək nəsillərə dəyər verən yanaşmasına dərin ehtiramın ifadəsidir.
Eyni zamanda, bu cür ekoloji təşəbbüslər şəhər mühitində ekoloji balansın qorunmasına, təmiz havanın və sağlam yaşayış mühitinin formalaşmasına mühüm töhfə verir.