Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində fəaliyyət göstərən Refraksiyanın patologiyası və oftalmoerqonomika şöbəsi Respublikada yeganədir. Bu şöbə müxtəlif refraksiya anomaliyaları və çəpgözlüyün müalicəsi ilə məşğul olur. Şöbədə təcrübəli həkimlər fəaliyyət göstərir. Refraksiyanın anomaliyası ile olan xəstələrə müayinə və müalicə xüsusi sxem uzrə aparılır:
• eynək təyin edilir;
• ambilopiyanı aradan qaldırılması üçün pleoptik müalicə müasir aparatlar vastəsi ilə tətbiq olunur.
Çəpliyin müalicəsi aşağıdakı sxem üzrə aparılır: eynəyin təyini, pleoptik, ortoptik müalicə. Lazım gəldikdə isə çəplik cərrahiyyə yolu ilə aradan qaldırılır. Şöbədə çəpgözlüyün bütün növlərini ( uşağlarda 5 yaşına qədər olan infantil çəpgözlüy daxil olmaqla ) uğurla cərrahi korreksiya etməklə bərabər, bu mövzuda olan elmi-tədqiqat işləri davam etdirilir. Həkimlərimiz periodik olaraq beynəlxalq oftamoloji konfranslarda iştirak edirlər (İstanbul, Moskva , Milan, Barselona, Tokio və.s). Xəstələrə yüksək səviyyədə xidmət göstərmək məqsədi ilə növbəni tenzimleyen “Qumatik” sistemi tədbiq edilib. Uşağlar üçün əyləncə otağı təşkil olunub və muxtəlif cizgi filimləri nümayiş etdirilir.