
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə oftalmoloji tibbi aksiya təşkil olunub
Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 2024–2025-ci illər ərzində “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə oftalmoloji tibbi aksiya təşkil olunub.
Aksiya Füzuli, Zəngilan, Laçın, Xankəndi, Cəbrayıl rayonları və Ağdərə rayonunun Talış kəndini əhatə edib. Bu müddət ərzində ümumilikdə 948 pasiyent peşəkar oftalmoloqlar tərəfindən tibbi müayinədən keçirilib, müvafiq tibbi məsləhətlər və ilkin müalicə tədbirləri həyata keçirilib.
Aksiyanın əsas məqsədi qayıdış bölgələrində yaşayan vətəndaşlara yerində tibbi xidmətin göstərilməsi, onların göz sağlamlığının qorunması və erkən diaqnostikanın təmin olunmasıdır.