Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tibbi aksiyası Dəmiryol Səyyar Klinika tərəfindən Beyləqan rayonunda keçirilmişdir.
13-14 dekabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və ADY Qapalı Səhmdar Cəmiyyətinin birgə təşəbbüsü ilə, Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tibbi aksiyası Dəmiryol Səyyar Klinika tərəfindən Beyləqan rayonunda keçirilmişdir.
Aksiya çərçivəsində 179 pasiyent müayinə olunub. Müayinələr əsasında refraksiya patalogiyası, katarakta, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Oftalmologiya sahəsində aksiyanın keçirilmə məqsədi, əsasən, göz sağlamlığına dair ictimai məlumatlılığı artırmaq, göz xəstəliklərinin qarşısını almaq və insanların göz müayinələrini müntəzəm olaraq etmələrini təşviq etməkdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. İbadov Samir, dr. Güllərov Orxan, Məmmədov Şamxal və Əzizi Hikmət tərəfindən həyata keçirildi.
Həmçinin aksiyada Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov və mühəndis Tural Hüseynov iştirak edirdilər.