21-23 iyun 2024-cü il tarixlərində Gürcütsanın Tiblisi şəhərində Gürcüstan Oftalmoloji Cəmiyyəti və Avropa Oftalmoloqlar Cəmiyyətinin 4-cü toplantısı həyata keçirildi.

21-23 iyun 2024-cü il tarixlərində Gürcütsanın Tiblisi şəhərində Gürcüstan Oftalmoloji Cəmiyyəti və Avropa Oftalmoloqlar Cəmiyyətinin 4-cü toplantısı həyata keçirildi.

Toplantıda bir çox ölkələrdən eləcə də Azərbaycandan oftalmoloq-alimlər iştirak edib.

Belə ki, toplantıda Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarından - Direktor müavini, AOC-un elmi katibi Ceyhun Nəzərli, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Səbinə Məcidova, t.ü.f.d. Lalə Axundova, t.e.d. Müşfiq Kərimov, t.ü.f.d. Rühəngiz Balayeva, t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Aişə Şahmalıyeva, dr. Nigar Şahbazova, t.ü.f.d. Aygün Səfərova, dr. Sidiqə Əliyeva, dr. Elmara Rüstəmbəyova və dr. Sona İbrahimova iştirak edib. Məruzələri dinlənilib və abstrakları çap olunub.

Bununla yanaşı konfransda çıxışçı və moderator kimi AOC-un üzvləri t.e.d. Tural Qəlbinur, dr. Xəlil Hüseynov və dr. İmran Carullazadə iştirak edib.