23 uyun 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin tibbi aksiyası Avtomobil Səyyar Klinika tərəfindən Mingəçevir şəhərində keçirilmişdir.

23 uyun 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin tibbi aksiyası Avtomobil Səyyar Klinika tərəfindən Mingəçevir şəhərində keçirilmişdir.

23 uyun 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tibbi aksiyanın Avtomobil Səyyar Klinika tərəfindən Mingəçevir şəhərində keçirilmişdir.

Tibbi aksiyanın əsas məqsədi Mingəçəvir şəhərində əhali üçün tibbi xidmət göstərməkdir.

Səyyar oftalmoloji müayinələrin keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşların müayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

Tibbi aksiyada 78 sakin oftalmoloji müayinədən keçib.

Müayinələr əsasında vətəndaşlarda refraksiya patologiyası, presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və digər xəstəliklər aşkar olunub.

Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Eyni zamanda, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialın həkimi və işci heyəti dr. Əsgərov Elçin, tibb bacısı Məmmədova Nuranə, qeydiyyatcı Hüseynova Gülşən və menecer Əliyeva Nigar tərəfindən həyata keçirildi.

Həmçinin aksiyada Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural və sürücü Nəsirov Vasif iştirak ediblər.