24 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib.
Aksiya çərçivəsində 71 nəfər müayinə olunub.
Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, profilaktik və müalicə tədbirləri həyata keçirlməkdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Nəbiyeva Aynur, dr. Əhmədova Nərgiz və rezident Quliyeva Səbinə tərəfindən həyata keçirildi.
Həmçinin aksiyada “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov və təşkilat şöbəsinin işçisi Züleyxa Yusifova iştirak edirdilər.