Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tibbi aksiyası Dəmiryol Səyyar Klinika tərəfindən Şəki şəhərində keçirilmişdir

Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tibbi aksiyası Dəmiryol Səyyar Klinika tərəfindən Şəki şəhərində keçirilmişdir

29.10.2024

25-26 oktyabr 2024-cü il tarixlərində ADY Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tibbi aksiyası Dəmiryol Səyyar Klinika tərəfindən Şəki şəhərində keçirilmişdir.

Aksiya çərçivəsində 91 nəfər müayinə olundu.

Tibbi aksiyanın keçirilməsində əsas məqsəd pasientlərin sağlamlıqları ilə bağlı olan problemləri aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqları dr. Lalə Məmmədova, dr. Günay Rüstəmbəyova və rezident Samir Manafov tərəfindən həyata keçirildi.

Aksiyada Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural və digər işçi heyəti iştirak etdi.