Ağayeva Rəna Böyükkişi qızı
İxtisaslaşma: Beynəlxalq bölmə rəhbəri
Şöbəyə t.ü.e.d. Ağayeva Rəna Böyükkişi qızı rəhbərlik edir.
Şöbənin fəaliyyətinin əsas istiqamətləri:
- Respublika daxili və beynəlxalq miqyaslı konfransların, konqreslərin və simpoziumların təskil edilməsi və keçirilməsi;
- Beynəlxalq səviyyəli elmi tədbirlərdə və müxtəlif mübadilə proqramlarında iştirak etmək məqsədi ilə İnstitut tərəfindən dəvət olunmuş xarici vətəndaşların dəstək edilməsi;
- Oftalmologiyanın əsas problemləri üzrə respublikanın və institutun elmi əsər toplularının planlaşdırılması və nəşrə hazırlanmasında iştirakı;
- Tibbin və tibbi praktikanın ən yeni nailyyətləri haqqında informasiyanın təqdim edilməsi;
- Oftalmologiyanın əsas istiqamətləri üzrə məlumat bazasının yaradılması;
- Müxtəlif beynəlxalq informasiya fondları tərəfindən əldə edilmiş informasiyanın təqdim edilməsi (tammətnli məqalələr, konfransların icmalı və s.);
- Xarici partnyorlarla əməkdaşlıq üzrə proqramların işlənib hazırlanması və xarici göz klinikalarının beynəlxalq şöbələri ilə informasiya mübadiləsinin dəstəyi;
- Oftalmologiya sahəsi üzrə keçiriləcək qarşıdakı tədbirlər barədə ilkin məlumatların verilməsi (konqreslər, treninqlər, seminarlar);
- Müxtəlif ölkələrin elmi göz institutları arasında mübadilə proqramlarının işlənib hazırlanması;
- Bütün daxil olan korrespondensiyanın işlənməsi;
- İnstitutun rəsmi saytının informasiya dəstəyi.