Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi aksiya keçirməyə hazırlaşır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi aksiya keçirməyə hazırlaşır.

Mərkəzin elmi təşkilatının bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, aksiyalar Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab oluna bilər: "Ölkə başçısı İlham Əliyevin sosial layihələr içərisində əsas diqqət etdiyi sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin heyəti də bu gün münasibətilə belə bir aksiya keçirir".

Mərkəzin mütəmadi olaraq müxtəlif aksiyalar həyata keçirdiyini xatırladan Y.Abdiyeva qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına dəstək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.

Enter.News