Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının açılışı olub.
Azərbaycan Respublikasının Şəki bölgəsinin əhalisinə yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi məqsədilə 25 oktyabr 2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı oldu.
25 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Şəki şəhərində “Respublikanın Regionlarında Oftalmologiyanın İnkişafı, Problemləri, Nailiyyətləri” mövzusunda 7-ci regional konfransı keçirildi.
Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nəaliyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti öz məruzələri ilə çıxış ediblər.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı