Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Bakı şəhər Şüvəlan qəsəbəsində humanitar aksiya keçirib.
Mərkəzin əməkdaşları bu dəfə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında olublar. Məqsəd tələbə və müəllimlər arasında müayinələr aparmaq, müalicə tətbiq etmək, eləcə də lazım gələrsə cərrahi əməliyyatlar həyata keçirməkdir. Mərkəzin peşəkar həkim və tibb bacılarından ibarət heyəti gələcək polisləri tibbi müayinədən keçiriblər, göz xəstəliklərindən şikayət edən tələbələrin problemərinin həllinə çalışıblar, onlara bəzi məsləhətlər veriblər.