Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti növbəti dəfə Naxçıvanda cərrahi əməliyyatlar icra ediblər.
Həmçinin Naxçıvan Muxtar Respublika Xəstəxanasında və Ordubad Rayon Mərkəzi Xəstəxansında xəstələrə oftalmoloji baxış keçirilmişdir.
Qeyd edək ki, hər həftənin 5-ci və 6-cı günləri Mərkəzimizin həkim heyyəti Naxçıvan Muxtar Respublikasında oftalmoloji müayinələr aparır.